11 
Avq
2020
23:10
557

Daxili İşlər Nazirliyinin 10-dan çox əməkdaşı koronavirusa yoluxdu

Daxili İşlər Nazirliyinin bir neçə bölməsinin 11 əməkdaşı koronavirusa yoluxub. Onlardan götürülən bioloji nümunələr araşdırılaraq koronavirusun yeni halının olduğu təsdiqlənib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN təsdiqləyib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 11 əməkdaşdan 7-si patrul polis departamentinin sərhəd idarəsi və koordinasiyasının baş bölmə əməkdaşlarıdır, 3-ü isə Mestia bələdiyyəsindəndir, qalan 1 nəfər əməkdaş isə Tbilisidə mühafizəçi müfəttişdir.

Patrul polis departamentinin sərhəd idarəsi və koordinasiyasının baş bölməsinin Covid 19-a yoluxan əməkdaşları Daryal sərhəd keçid məntəqəsində öz xidmətlərini yerinə yetirirdilər. Onlar Tbilisinin yoluxucu xəstəliklər xəstəxanasına yerləşdiriliblər.

Onların məlumatlarına görə, xəstəxanaya yerləşdirilənlərin hamısının sağlamlıq durumları qənaətbəxşdir.

Epidemioloqlar tərəfindən onların yoluxma mənbələri araşdırılır. Onlarla təmasda olmuş 20 nəfər isə artıq karantinə alınıblar.

Qeyd edilən əməkdaşların iş yerləri dezinfeksiya edildi, xüsusi məhlullar işçilərə məxsus nəqliyyat vasitələri təmizləndi.

Qeyd edək ki, polis patrul əməkdaşları əhali ilə ünsiyyətdə olarkən tətbiq olunan tövsiyyələrə mövcud protokola əsasən bütün normalara uyğun olaraq riayət edirlər.

Xəstəliklərə nəzarət və ictimai səhiyyə mərkəzi Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarında aktiv şəkildə tədqiqatlar aparırlar.

Bizimlə əlaqə saxlayın