Paata İmnadze: "Heç bir halda uşağa antibiotik verməyin!"
"Antibiotik qızdırma salıcı deyil, orqanizmin virusla mübarizə aparmasına mane olur. Heç bir halda uşağa antibiotik verməyin!".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin direktor müavini Paata İmnadze məlumat verib.
Onun izah etdiyinə görə, yüksək temperatur zamanı qızdırmasalıcı təsir göstərmirsə, o zaman həkim müalicəyə müdaxilə etməlidir.
“Koronavirusda olduğu kimi, indi qrip virusu üçün sürətli testlər var. Bu cür testlər digər viruslar üçün praktiki olaraq istifadə edilmir. Qeyd etmək lazımdır ki, qrip birdən başlayır, hətta xəstələndiyiniz saatı xatırlaya bilərsiniz. Digər viruslar tədricən başlayır. Qrip zamanı intoksikasiya halları daha çox olur. Əsas odur ki, həkimə nə vaxt müraciət edəcəyinizi müəyyənləşdirin. Uşağın 24 saatdan çox temperaturu 39 dərəcə və yuxarı olduqda həkimə müraciət etmək lazımdır.
Qızdırma salıcı dərman antibiotik deyil, əksinə, bu zaman antibiotik qəbul etmək qətiyyən olmaz, heç bir antibiotikin heç bir virusa təsiri yoxdur. Daha sonra bakterial infeksiya inkişaf edərsə, həkim antibiotik təyin edə bilər. Ümumiyyətlə, antibiotik orqanizmin virusla mübarizəsinə mane olur. Heç bir halda uşağa antibiotik verməyin! Qızdırma salıcı təsir göstərmirsə, həkim müdaxilə etməlidir. Böyüklər vəziyyətində, yüksək temperatur üç gün davam edərsə və istilik enmirsə, həkimə müraciət etmək lazımdır.
İrinli və ya qanlı bəlğəm, uşağın dodaqlarının göyərməsi, tənəffüs çatışmazlığının əlamətləri, nəfəs almaqda çətinlik görünsə, dərhal həkimə müraciət etməlisiniz”, - İmnadze bildirib.


