10 
Yan
2024
16:25
347

Həyat yoldaşını bıçaqlayaraq öldürən şəxslə bağlı prokurorluq məlumat yayıb

Gürcüstan Prokurorluğu Varketilidə həyat yoldaşı Ketevan Ediberidzeni ağırlaşdırıcı şəraitdə qəsdən öldürmək faktı ilə bağlı Qiorqi Kavlelaşvilini ittiham edib.

InterPress.ge xəbər verir ki, bununla bağlı Gürcüstan Prokurorluğu məlumat yayıb.

Qurumun məlumatına görə, təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə bıçaqla çoxsaylı xəsarətlər yetirib.

 “Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, yanvarın 9-da Tbilisinin Varketili qəsəbəsində təqsirləndirilən şəxs arvadına bıçaqla çoxsaylı xəsarətlər yetirib. Zərərçəkən aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib. Bundan sonra təqsirləndirilən şəxs bıçaqla ürək və sinə nahiyəsindən özünə xəsarətlər yetirib, hazırda xəstəxanadadır və müvafiq müalicələri davam edir. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 11-ci Prima 109-cu maddəsinin “K” bəndi (ailə üzvünə qarşı qəsdən adam öldürmə) ilə ittiham olunub ki, bu da 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.

Prokurorluq qanunla müəyyən edilmiş müddət ərzində təqsirləndirilən şəxsə qarşı həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edəcək”, - deyə prokurorluğun yaydığı məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın