Gürcüstanda bu tarixdən hava kəskin dəyişəcək - PROQNOZ
Yanvarın 9-11-də Gürcüstanda yağıntı, dağlıq və yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Sinoptiklərin məlumatına görə, dənizdə 3-4 bal gücündə fırtına müşahidə oluna bilər.
Yanvarın 9-11-də Gürcüstanda yağıntı, dağlıq və yüksək dağlıq ərazilərdə qar, (10-11 yanvar tarixlərində Şərqi Gürcüstanın aran bölgələrində qar yağa bilər) duman, çovğun, yolların buz bağlaması və uçqun təhlükəsi proqnozlaşdırılır.
Güclü qar yağması, görüntünün zəifləməsi, çovğun, buz və uçqun təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür.
Qərbi Gürcüstanda gözlənilən güclü yağış çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrin baş verərək aktivləşməsinə səbəb ola bilər.


