08 
Yan
2024
16:15
582

Ağır həyat şəraitində yaşayan 1000 ailəyə dövlət yaşayış sahəsi verəcək

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumət administrasiyasında Nazirlər Kabinetinin iclası keçirilib.

InterPress.ge xəbər verir ki, məlumatı hökumətin mətbuat xidməti yayıb.

Bildirilib ki, iclasda üç məsələ, o cümlədən  ağır həyat şəraitində olan evsiz, çoxuşaqlı ailələr də müzakirə edilib. Proqram çərçivəsində çətin həyat şəraitində olan 1000 ailəyə dövlət tərəfindən yeni yaşayış sahələri veriləcək. Proqramın ümumi büdcəsi 50.000.000 lari təşkil edir.

“Proqramın məqsədi sosial cəhətdən həssas, kimsəsiz, çoxuşaqlı ailələrə dəstək olmaq və onlar üçün layiqli həyat şəraiti yaratmaqdır.

Proqramın benefisiarı 3 və daha çox azyaşlı uşağı olan, ailənin bütün üzvləri Sosial Xidmət Agentliyinin sosial cəhətdən həssas ailələrin vahid məlumat bazasında qeydiyyatda olan ailə ola bilər.

Proqramdan ailə üzvləri məcburi köçkün və ya ekomiqrant ailələrin vahid elektron məlumat bazasında qeydiyyatda olmayan ailələr istifadə edilə bilər. Həmçinin, evsiz ailə üzvü artıq dövlətdən yaşayış sahəsi və ya yaşayış sahəsinin alınması üçün müvafiq pul kompensasiyası almamışdırsa, bu proqramdan faydalana bilər.

Bu və digər kriteriyaları qiymətləndirdikdən sonra müvafiq komissiya ailələrin mənzillə təmin olunması ilə bağlı qərar verəcək.

Proqram 2025-ci ilin sonuna qədər davam edəcək. Ailələrin köçürülməsi Gürcüstanın istənilən inzibati ərazi vahidində həyata keçiriləcək”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın