08 
Yan
2024
13:55
417

7000 müəssisənin tütün istehlakı/satışı tələblərinə uyğunluğu yoxlanılacaq

Hökumət 2024-cü il dövlət səhiyyə proqramlarının təsdiq edilməsi haqqında qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, sənəddə tütünlə mübarizənin gücləndirilməsi istiqamətində görüləcək tədbirlərdən bəhs edilir.

Tütünə qarşı mübarizənin gücləndirilməsi komponentinin məqsədi əhalinin tütünlə bağlı maarifləndirilməsini artırmaq, tütündən istifadənin qadağan edilməsi/məhdudlaşdırılması və vətəndaş səfərbərliyinin artırılması üzrə hüquqi tənzimləmələr həyata keçirmək və mövcud tütün qanunvericiliyinin (o cümlədən qeyri-qanuni ticarətin monitorinqi) icrasının təşviqi və tütündən istifadənin dayandırılması üçün yardımın təkmilləşdirilməsidir.

Sənəddə qeyd edildiyinə görə, komponentə aşağıdakı tədbirlər də daxildir:

Siqareti tərgitmək istəyənlər üçün “qaynar xətt” vasitəsilə telefonla məsləhətləşmələrin həyata keçirilməsi; Siqaretdən imtinanı yaxşılaşdırmaq üçün məsləhətləşmələrdən sonra nəzarət; 

Qanunla siqaret çəkilməsi qadağan olunmuş obyektlərin yoxlanmasını əhatə edən qadağanın icrasına riayət edilməsi, Söhbət ən azı 4000 obyektdən gedir. Bu obyektlərin 100-də monitorinq məqsədləri üçün tüstü (kiçik hissəcikləri ölçən hava monitorundan istifadə etməklə) ölçüləcək;

Tütün məmulatlarının ticarət şəbəkəsinin monitorinqi – sorğu vərəqəsinin köməyi ilə 3000 ticarət obyektində tütün məmulatlarının ticarətinin, o cümlədən tütünün reklamının və təbliğinin monitorinqi; qeyri-qanuni ticarətin monitorinqi;

Nəqliyyatda (şəhər və şəhərlərarası, o cümlədən dəmir yolunda) siqaret çəkilməsinin qadağan edilməsinə nəzarət;

Reklam monitorinqi (televiziya, radio, jurnal, internet) və küçələrdə reklam monitorinqi.

Ümumilikdə tütünə qarşı mübarizənin gücləndirilməsi tədbirlərinə 600 min lari xərclənəcəyi gözlənilir.

 

Bizimlə əlaqə saxlayın