Yanvarın 6-dan 9-dək Gürcüstanda temperaturun əhəmiyyətli dərəcədə artacağı, buludsuz və günəşli hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə meteoroloq Koba Partenadze sosial şəbəkədə yazıb.
"Yanvarın 7 və 8-də Qərbi Gürcüstanda havanın temperaturu +20, +22, şərqdə +12, +14 dərəcə təşkil edəcək.
Belə istiləşmə pis hava şəraitindən əvvəlki bir prosesdir və yanvarın 10-dan bütün Avropada soyuq hava kütlələrinin yayılacağı proqnozlaşdırılır", - deyə o qeyd edib.
.jpg)