06 
Yan
2024
11:01
486

Paravani dağ keçidi - Ninotsminda yolunda bu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Çətin meteoroloji şəraitə görə (çovğun və görmə qabiliyyətinin məhdudlaşması) Koda-Partsxisi-Manglisi-Tsalka-Ninotsminda avtomobil yolunun km 94-km 147 hissəsində qoşqulu, yarımqoşqulu və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağan edilib. 

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, qeyd olunan yolda digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Yolun qalan hissələrində nəqliyyatın hərəkəti sərbəstdir.

Bizimlə əlaqə saxlayın