Gürcüstanda havanın kəskin istiləşəcəyi gözlənilir– PROQNOZ
Fevralın 18-də bütün Gürcüstanda isti hava şəraiti hökm edəcək.
InterPeress.ge xəbər verir ki, bu barədə Ətraf Mühit üzrə Milli Agentlik məlumat yayıb.
Belə ki, ölkənin qərb hissəsində +16 dərəcə isti gözlənilir. Bu gün və sabah ölkənin müxtəlif bölgələrində, eləcədə Tbilisidə yağış, bəzən də qar yağacaq. Gecələr, dağlıq ərazilərdə -4 dərəcə şaxta gözlənilir.
Fevralın 17-dən başlayaraq Qərbi Gürcüstanda hava şəraiti yaxşılaşmağa başlayacaq. Hava +13 dərəcəyə qədər istiləşəcək. Tbilisidə isə +6 dərəcəyə qədər isti olacaq.
Fevralın 18-də ölkənin əksər bölgələrində yağmursuz olacaq. Yağışsız hava fevralın 20-dək davam edəcək.
Çərşənbə axşamı Qərbi Gürcüstanda havanın temperaturu +16 dərəcə, Şərqdə isə +13 dərəcəyə qədər yüksələcək. Fevralın 18-də Tbilisidə +10 dərəcəyə, fevralın 19-da +14 dərəcəyə çatacağı gözlənilir.