05 
Yan
2024
17:12
345

Ölkədə qrip virusuna yoluxma hallarının sayı iki dəfə artıb

İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru, TDU-nun professoru İvane Çxaidzenin sözlərinə görə, ölkədə qrip virusu statistikası yüksələn xətt üzrədir.

InterPress.ge xəbər verir ki, Çxaidze qeyd edir ki, 2023-cü ilin 49-cu təqvim həftəsində təsdiqlənmiş qripə yoluxma halları 16% idisə, 2 həftədən sonra bu rəqəm 27% təşkil edib.

Onun sözlərinə görə, son 2 həftədə laboratoriyada təsdiqlənmiş qripə yoluxma hallarının sayı iki dəfə artıb.

“Ölkədə qrip üstünlük təşkil edib. Qrip virusu statistikası yüksəlir. Milli Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatlarına nəzər salsaq, 2023-cü ilin 49-cu və 51-ci həftələrinin məlumatlarını müqayisə etsək, laboratoriyada təsdiqlənmiş qrip hallarının sayı praktiki olaraq iki dəfə artıb. Əgər 49-cu həftədə bu rəqəm 16% idisə, 2 həftədən sonra bu rəqəm 27% olub. 38 dərəcə  və yuxarı, kəskin temperatur, şiddətli baş ağrısı, oynaq və əzələ ağrıları, ümumi zəiflik qrip virusunun varlığını göstərir. Uşaqlarda bütün bunlara artan yuxu, yeməkdən imtina, təlaş əlavə olunur. Bütün bunlar qrip virusunun mövcudluğuna dəlalət edir, xüsusən də azyaşlı uşaqlarda bu işə həkim nəzarət etməlidir”, - deyə Çxaidze bildirib.

Onun sözlərinə görə, qrip yoluxucudur və bu virusa yoluxmuş şəxslər başqaları üçün təhlükəlidir.

“Tövsiyə simptomatik müalicəyə aiddir. Temperatur (38 və yuxarı) halında qızdırma salıcının istifadəsi, çox miqdarda maye qəbulu zəruridir - bu çay, su, təzə hazırlanmış şirə ola bilər. Qripə yoluxma zamanı evdə qalmağınızı tövsiyyə edirik.

Qrip yoluxucudur və uşaqlar və böyüklər üçün təhlükəlidir, ona görə də bu simptomlar varsa, evdə qalmaq çox vacibdir", - İvane Çxaidze bildirib.

Bizimlə əlaqə saxlayın