Daxili İşlər Nazirliyi “TBC Bank” filialına basqın edən şəxsin tutulması ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi “TBC Bank” filialına basqın edən şəxsin tutulması ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, polis bir nəfəri soyğunçuluq ittihamı ilə saxlayıb.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Q.Q. -ni soyğunçuluq və qanunsuz odlu silah almaq, saxlamaq və gəzdirmək ittihamı ilə Tbilisidə saxlayıblar.
Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs “TBS Bank”ın Tbilisidəki filiallarından birinə daxil olub, silahla hədə-qorxu gələrək pul oğurlamağa cəhd edib, lakin o, niyyətini tamamlaya bilməyib və hadisə yerindən qaçaraq gizlənib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Q.Q. isti izlərlə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını sübut kimi götürüblər.
Soyğunçuluq və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktları üzrə Cinayət Məcəlləsinin 179 və 236-cı maddələri ilə istintaq aparılır", - məlumatda deyilir.


