Tbilisinin Tsintsadze küçəsində yerləşən TBC Bankın filialına silahlı maskalı şəxs daxil olub.
InterPress.ge xəbər verir ki, maskalı şəxs pulu götürə bilməyib və qaçaraq gizlənib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə səfərbər olunub.
Əlavə təfərrüatlar hələki məlum deyil.
