Saqarecoda iki avtomobil toqquşub- Yaralılar var
Saqareco bələdiyyəsinin Manavi kəndi yaxınlığında baş verən yol qəzası nəticəsində biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, qəzaya səbəb iki avtomobilin bir-biri ilə toqquşması olub.
Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib və onlardan biri təcili olaraq əməliyyata alınıb.
“Yol-nəqliyyat hadisəsi nəticəsində biri azyaşlı, biri səkkiz yaşından kiçik uşaq olmaqla, altı xəstə Saqarejo Geo Xəstəxanasına yerləşdirilib. Xəstələrdən biri artıq əməliyyat otağındadır, qarın nahiyəsindən zədə alıb və təcili əməliyyat olunur. Bir neçə xəstədə açıq sınıqlar, beyin travması var, araşdırmalar aparılır və müvafiq müalicə davam edir. Onların heç biri tənəffüs çatışmazlığı, kəllə-beyin travması ilə komada deyil, lakin onlar ciddi ağır xəstələrdir, biri artıq dediyimiz kimi əməliyyat otağındadır və yəqin ki, açıq sınıqlar üçün əməliyyat olunmalı olacaq”, - həkim bildirib.


