02 
Yan
2024
19:16
12949

Yanvar ayından kimlərin pensiyasının artacağı ilə bağlı maliyyə naziri açıqlama verib

2024-cü ildən hansı şəxslərin pensiyasının artacağı ilə bağlı Maliyyə naziri Laşa Xuçişvili açıqlama verib. 

InterPress.ge xəbər verir ki, nazirin sözlərinə görə, sosial istiqamətdə aşağıdakı şəxslərin pensiyası artacaq:

Nazirliyin səhiyyə və sosial müdafiə proqramlarının maliyyələşdirilməsi 870,0 milyon laridən çox artırılıb ki, bu da gələn il ərzində:

70 və yuxarı yaşda olan pensiyaçıların pensiyası 50 lari artırılaraq 415 lari müəyyən edilib. Yüksək dağlıq yaşayış məntəqələrində eyni kateqoriyadan olan pensiyaçıların pensiyası 498 lari təşkil edir;

70 yaşadək şəxslərin pensiyası 20 lari artırılaraq 315 lari, yüksək dağlıq yaşayış məntəqələrində isə 378 lari müəyyən edilib;
Pensiya ilə yanaşı, 18 yaşınadək əlilliyi olan şəxslər üçün sosial müavinətdə 50 lari, digər kateqoriyadan olan əlillər üçün müavinətdə isə 20 lari nəzərəçarpacaq dərəcədə artım var;

Bu ilin iyul ayından 200 lariyə yüksəldilmiş uşaqların sosial yardımının tam illik maliyyələşdirilməsi;

Ümumilikdə sosial proqramların maliyyələşdirilməsi 5,6 milyard lari təşkil edir;

Səhiyyə proqramlarının maliyyələşdirilməsinə 1,6 milyard lari, o cümlədən ilkin səhiyyə işçilərinin maaşlarının 10% artırılması ayrılıb;

Köçkünlərin evlərlə təminatı üçün 230 milyon lari nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın