02 
Yan
2024
14:23
617

Gürcüstanda 4,3 bal gücündə zəlzələ qeydə alındı

Gürcüstanda zəlzələ baş verib.

InterPress.ge xəbər verir ki, zəlzələ Tbilisi vaxtı ilə saat 11:44-də qeydə alınıb.

Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri Ambrolauri şəhərindən 15 kilometr qərbdə yerləşən Baci kəndində yerləşib.

Zəlzələnin gücü 4,3 bal olub.

Bizimlə əlaqə saxlayın