Qəzza zolağında ölənlərin sayı 21 978-ə yüksəlib.
InterPress.ge xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzzada ölənlərin sayı 21 978 nəfərə çatıb, 57 697 yaralı var.
Nazirliyin sözçüsü Əşrəf Əl-Qudranın sözlərinə görə, son 24 saat ərzində azı 156 nəfər ölüb, 246 nəfər yaralanıb.
Əşrəf Əl-Qudra bildirib ki, İsrail Müdafiə Qüvvələrinin hücumları nəticəsində Qəzzada 30 xəstəxana artıq fəaliyyət göstərmir.
