Tbilisi 2024-cü ili Yeni il qala-konserti ilə qarşılayacaq
Tbilisi 2024-cü ili Birinci Respublika meydanında Yeni il qala-konserti ilə qarşılayacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meriyasından verilən məlumatda qeyd olunub.
Məlumata görə, gürcü müğənniləri, xor kollektivləri, ansamblları və rəqqasları milli simfonik orkestr və maestro Nikoloz Raçveli ilə birlikdə saat 00:00-dan etibarən tamaşaçılara “Avropa şəhərindən Avropaya” adlı təsirli iki saatlıq şou təqdim edəcəklər.
Qala-konsertdə tanınmış və sevilən gürcü mahnılarının yeni versiyaları və müxtəlif xarici hitlər, o cümlədən gürcü sözləri ilə iki məşhur Milad mahnısı təqdim olunacaq.
Proqrama ümumilikdə 30 musiqi nömrəsi daxildir. Tədbirdə tamaşaçılar qarşısında 200-dən çox ifaçı çıxış edəcək”, - meriyanın məlumatında qeyd olunub.


