29 
Dek
2023
21:38
279

Səhiyyə naziri: “ Yaxın 2 il ərzində 1000 evsiz çoxuşaqlı ailəyə dövlət tərəfindən mənzillər veriləcək“

Yaxın 2 il ərzində dövlət 1000 çoxuşaqlı kimsəsiz ailəni mənzillə təmin edəcək.

InterPress.ge xəbər verir ki, bunu Səhiyyə naziri Zurab Azaraşvili bildirib.

Onun sözlərinə görə, layihə 2024-cü ildən başlayacaq və 2025-ci ilin sonuna kimi qeyd olunan statusa malik bütün ailələr mənzil alacaq.

“Bu çox yaxşı layihə və təşəbbüs Baş nazirə məxsusdur. Bizim nazirliyə yuxarıda qeyd olunanları təmin etmək tapşırılıb, çünki bizim həm belə ailələrin qiymətləndirilməsində, həm də mənzillə təmin olunmasında təcrübəmiz var. 2 illik layihə evsiz, çoxuşaqlı ailələrə aid olacaq. Layihənin büdcəsi 50 milyon laridir. Artıq 2025-ci ilin sonuna qədər belə çoxuşaqlı ailələrin öz mənzilləri olacaq və biz onların məmnunluğunu tam təmin edəcəyik”, - Zurab Azaraşvili bildirib.

Bizimlə əlaqə saxlayın