Xoni bələdiyyəsinin Qordi kəndində yaşayış evində baş verən yanğın ölümlə başa çatıb.
InterPress.ge xəbər verir ki, məlumata görə, ölən orta yaşlı kişidir.
Hadisə bu gün səhər saatlarında baş verib. Yerli sakinlərin sözlərinə görə, kişi evdə tək olub.
İstintaq baş vermiş yanğının səbəbini müəyyənləşdirir.
