Qudauri-Kobi hissəsində yüngül avtomobillərin hərəkəti bərpa olunub, bəzi yol hissələrində məhdudiyyətlər hələ də qüvvədədir
Təmizlik işləri nəticəsində Qudauri-Kobi hissəsində avtomobillərin hərəkəti bərpa olunub.
InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat verib.
Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun km39 -km52 (Nakerala aşırımı) hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib.
Avtomobil Yolları Departamentindən verilən məlumata görə, avtomobil yollarının müxtəlif hissələrində aşağıdakı növ xüsusi hərəkət rejimləri müəyyən edilib:
Qarla əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində, Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda və Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun km30-km 170 (Cvari-Kala) hissəsində qoşqu və yarımqoşquların hərəkəti məhdudlaşdırılıb.
Koda-Partsxisi-Manglisi-Tsalka-Ninotsminda avtomobil yolunun km 94-km 110 hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır;
Güclü qar yağması və qar uçqunu təhlükəsi ilə əlaqədar daxili əhəmiyyətli Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun km170 - km185 (Kala-Uşquli) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, km90-km 170 (Dizi-Kala) hissəsində isə sürüşməyə qarşı zəncirlərdən istifadə edərək yüngül nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.


