InterPress.ge xəbər verir ki, müvafiq qətnamə Gürcüstan hökuməti tərəfindən 2022-ci il martın 2-də qəbul edilib və 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Qərarla tənzimlənməyə tabe olan qurumların sayı genişləndirilir, xüsusən də mövcud obyektlərə aşağıdakı obyektlər əlavə edilib:
Özəl / dövlət təhsil müəssisələri;
Stasionar tibb müəssisələri;
Barlar;
Ticarət mərkəzləri;
Bazar / Yarmarka.
Həmçinin, əvvəlki 12 fasiləsiz təqvim ayı üçün ƏDV-yə cəlb olunan dövriyyəsi 500.000 laridən artıq olan iqtisadi fəaliyyət obyektləri (topdansatış; pərakəndə ticarət; yaşayış təminatı; qida və içki xidmətləri) əlavə edilib.
