Təhsil Nazirliyindən əldə edilən məlumata görə, Gürcüstanın ümumi təhsil dövlət məktəblərində qış tətili dekabrın 30-dan başlayacaq.
InterPress.ge xəbər verir ki, dövlət məktəblərində təhsil 15 yanvar 2024-cü ildə bərpa olunacaq.
Qış tətilinin başlanması və bitməsi ilə bağlı özəl məktəblər fərdi qaydada qərar verir.
