"Bir neçə saatlıq gecikmədən sonra sərnişin qatarları hərəkətini bərpa edib"
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları xəbər verib.
"Hörmətli sərnişinlər! Hələlik bütün reyslər hərəkəti bərpa edib", - məlumatda qeyd edilib.
Xatırladırıq ki, əlverişsiz hava və qar səbəbindən müxtəlif yerlərdə sərnişin qatarlarının hərəkəti dayandırılmışdı.
