Diqqət! Bunu etsəniz cərimələnə bilərsiniz
Balıq ovu üçün nəzərdə tutulmuş qanunsuz silahların alınması, saxlanması və daşınması üçün cərimə tətbiq ediləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya məlumat verib.
Məlumata görə, cərimənin məbləği ilkin olaraq 3000 lari, təkrar qayda pozuntusu halında isə 6000 lari olacaq.
Bundan əlavə, hökumətin iclası ilə bağlı hökumət administrasiyasının yaydığı məlumatda bildirilir ki, brakonyerliyə qarşı mübarizə və qanunsuz hərəkətlərə görə adekvat hüquqi məsuliyyət sisteminin yaradılması ölkənin biomüxtəlifliyinin qorunması üzrə dövlət siyasətinin tərkib hissəsidir.
“Bugünkü iclasda, həmçinin məqsədi brakonyerliyə qarşı mübarizənin səmərəliliyini artırmaq olan Gürcüstanın “İnzibati Xətalar Məcəlləsi”nə və “Silah haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilərək dəstəklənib.
Adıçəkilən layihələrdə balıq ovu alətlərinin tənzimlənməsi və müəyyən edilmiş qaydaların pozulmasına görə müvafiq məsuliyyət müəyyən edilib”, - məlumatda qeyd olunur.


