24 
Dek
2023
11:40
551

Əlverişsiz hava şəraiti ilə əlaqədar magistral yolların müəyyən hissələrində məhdudiyyətlər yaranıb

Əlverişsiz hava şəraiti ilə əlaqədar magistral yolların müəyyən hissələrində məhdudiyyətlər yaranıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentinin məlumatında deyilir.

Qar və buzla əlaqədar daxili əhəmiyyətli Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Güclü qar və buzla əlaqədar beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale və Axaltsixe-Ninotsminda avtomobil yollarında qoşqu, yarımqoşqu və 30 nəfərdən çox tutuma malik olan avtobusların hərəkəti qadağandır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

Həmçinin daxili əhəmiyyətli Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun km70 - km185 hissəsində (Xaişi-Uşquli) qoşqu, yarımqoşqu və 30 nəfərdən çox tutuma malik olan avtobusların hərəkəti qadağan edilib, km90-km185 (Dizi-Uşquli) hissəsində isə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir. 

Magistral yolun km 1-km 70 (Zuqdidi-Xaişi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər