Aparılan təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (Poçt)-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb.
“Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri (Post)-Kobi hissəsində nəqliyyatın hərəkəti dayanmadan, yalnız uçqun tunelləri vasitəsilə həyata keçiriləcək”, - məlumatda deyilir.
Onların verdiyi məlumata görə, tunellərdə qoşqu, yarımqoşqu və tutumu 30-dan çox olan avtobusların hərəkəti birtərəfli həyata keçiriləcək.
