22 
Dek
2023
13:50
1212

Gürcüstanda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir

Dekabrın 23-ü günün ikinci yarısından dekabrın 26-dək Gürcüstanda meteoroloji şəraitin dəyişəcəyi gözlənilir. Xüsusilə: yağış, bəzi yerlərdə güclü külək, dağlıq və yüksək dağlıq ərazilərdə güclü qar, duman, çovğun və uçqun təhlükəsi proqnozlaşdırılır, dənizdə 6 bala qədər fırtına olacağı ehtimalı var.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Agentlikdən verilən məlumata görə, güclü qar yağması, görüntünün zəifləməsi, çovğun, qar uçqunu təhlükəsi ilə əlaqədar magistralların müəyyən hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür.

"Qərbi Gürcüstanda gözlənilən güclü yağışlar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər", - agentliyin xəbərdarlığında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər