Marneulidə Yeni il tədbiri keçiriləcək
29 dekabr tarixində Marneulidə Yeni il tədbiri keçiriləcək.
InterPress.ge xəbər verir ki, tədbir Rustaveli küçəsində, meriya binası yerləşən ərazidə baş tutacaq.
Meriyadan verilən məlumata görə, Yeni il proqramı saat 14:00-da olacaq.
Tədbirin cədvəli isə aşağıdakı kimidir:
14:00 - Orkestrin və kostyumlaşdırılmış qəhrəmanların yürüşü;
14:00-19:00 - Milad bazarı: yerli məhsulların, əl işlərinin sərgi-satışı, qlintveyn, darçınlı şirniyyat, isti şokolad;
14:00-18:00 - Uşaq məkanı: Yeni il oyuncaqlarının hazırlanmasını öyrənmək.
14:00 – 16:00 - Animatorların uşaq proqramı.
16:00-17:30 - Nağıl qəhrəmanlarının bayram yürüşü, uşaqların Şaxta baba ilə görüşü.
17:30-17:45 – Yürüyən orkestr şousu;
18:00 – 19:30 – "Ğamis Şou" qrupu; Aparıcılar: Qiorqi Qabunia və Jimi Abesadze.
21:00 - Təntənəli atəşfəşanlıq.


