22 
Dek
2023
10:13
561

Nəsli kəsilməkdə olan yırtıcı quşların ölkədən çıxarılmasının qarşısı alınıb

Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları CITES Konvensiyası ilə qorunan yırtıcı quşların Gürcüstandan qanunsuz çıxarılmasına cəhd faktının qarşısını alıblar.

InterPress.ge xəbər verir ki, məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamenti yayıb.

"Vətəndaş nəqliyyat vasitəsinin baqajına yerləşdirilmiş xüsusi hazırlanmış taxta yeşiklərdə 9 ədəd yırtıcı quşu - qavaz və ötüyü sərhəddən çıxarmağa çalışıb. Vətəndaş quşlara qanuni şəkildə sahib olmaq və onları ölkədən çıxarmaq hüququnu təsdiq edən müvafiq sənədləri təqdim etməyib.

Müsadirə edilmiş yırtıcı quşlar müvəqqəti olaraq Tbilisi Zooparkına təhvil verilib. Sözügedən qanun pozuntusuna görə hər ədəd üçün 4000 lari cərimə nəzərdə tutulur.

Gürcüstan 1996-cı ildə beynəlxalq ticarəti tənzimləmək və növlərin nəsli kəsilməsinin dönməz prosesinin qarşısını almaq məqsədilə CITES konvensiyasına qoşulub”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın