InterPress.ge xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Müdafiə Qüvvələrindən verilən açıqlamaya görə, 99-cu diviziya Qəzza şəhəri ilə Qəzzanın mərkəzindəki məcburi köçkün düşərgələri arasında "əməliyyat nəzarəti" yaratmaq üçün mərkəzi Qəzza zolağının yeni ərazilərinə daxil olub.
Onların sözlərinə görə, əməliyyat zamanı diviziyanın bölmələri “Həmas”ın “Nüseyrət” batalyonunun üzvlərini, terror qruplaşmasının infrastrukturunu, o cümlədən tunelləri və silah anbarlarını məhv edib.
