Marneulinin əsas körpüsünün açılması təxirə salındı
Marneulinin əsas körpüsünün açılması təxirə salınıb.
InterPress.ge xəbər verir ki, bununla bağlı Marneuli meriyası məlumat yayıb.
Bildirilib ki, Marneuli merinin birinci müavini Roin Dekanoidze Meriyanın struktur bölmələrinin rəhbərləri ilə birlikdə Durmuşxan Mağalaşvili adına körpüdə aparılan işlər ilə tanış olub.
Dekabr ayında, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Marneuli şəhərində, Durmuşxan Mağalaşvili adına körpüdə davam edən yenidənqurma işləri yarımçıq qalıb, buna görə körpünün əvvəlcədən müəyyən edilmiş tarixdə açılması mümkün olmayıb.
"Nəzərinizə çatdıraq ki, hazırda işlər fəal şəkildə davam etdirilir və tamamlanma mərhələsindədir, körpünün hərəkət hissəsi hazırlanır və gələn həftədən etibarən hərəkət bərpa olunacaq.
Əlavə olaraq qeyd edək ki, yerli özünüidarəetmənin qərarı ilə şəhərdə yaranmış tıxacların aradan qaldırılması məqsədilə Gürcüstan Dəmir Yolları ilə razılaşdırılaraq Mağalaşvili körpüsünün altındakı dəmir yolu xəttində alternativ avtomobil keçidi təşkil edilib", - deyə bildirilib.


