19 
Dek
2023
22:28
288

İtaliya Ukraynaya hərbi yardım haqqında qanunun müddətini uzatmağa hazır olduğunu bildirib

İtaliyanın Nazirlər Kabineti Ukraynaya hərbi yardım haqqında qanunun müddətini 2024-cü ilə qədər uzatmağa hazırdır.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

İtaliya Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, yardıma elektrik generatorları, silahlar və “hərbi əməliyyatları dəstəkləmək və silahsız mülki insanları qorumaq üçün lazım olan hər şey” daxil olacaq.

İndi İtaliya hökuməti parlamentdən bu qərarı təsdiq etməyi xahiş edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər