Gürcüstanda 1,563 milyon avtomobil qeydiyyata alınıb ki, onların 87,9%-i 10 ildən artıq köhnədir.
InterPress.ge xəbər verir ki, bu barədə BMG bildirib.
Məlumat üçün bildirək ki, 2024-cü il yanvarın 1-dən Gürcüstanda məhdudlaşdırıcı norma qüvvəyə minəcək, nəticədə 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalı qadağan ediləcək. Qəbul edilmiş qərar artıq ölkədə olan avtomobillərə, eləcə də reeksport və tranzit üçün gətirilən avtomobillərə təsir etməyəcək.
