Sankt-Peterburqdan Tbilisiyə uçuşların sayı artıb
Gürcüstanın hava məkanında Rusiya aviaşirkətlərinin təyyarələrinin sayı artır. Bu Rusiyadan olan uçuşların artdığının göstəricisidir.
InterPress.ge xəbər verir ki, bu barədə “Georgian Airways”in nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, Sankt-Peterburqdan Tbilisiyə uçuşların sayı artır. Əgər indiyədək təyyarələr Gürcüstanın paytaxtına yalnız çərşənbə axşamı və şənbə günləri uçurdusa, indi cədvələ cümə axşamı günləri də əlavə edilib.
Beləliklə, Sankt-Peterburqdan Tbilisiyə uçuşların ümumi sayı 5-ə yüksələcək. Bu marşruta tələbat yüksək olarsa, reyslər gündəlik həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, “Georgian Airways” dekabrın 10-dan Tbilisidən Sankt-Peterburqa uçuşlara başlayıb. Şirkət Sankt-Peterburqa həftədə iki dəfə - çərşənbə və bazar günləri uçuşlar həyata keçirirdi.


