Yeni il qabağı iynəyarpaqlı ağacların satışına nəzarət gücləndirilir
Yeni il qabağı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri iynəyarpaqlı bitkilərin çıxarılması və daşınmasına nəzarəti gücləndirir.
InterPress.ge xəbər verir ki, məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.
Qurumdan verilən məlumata görə, Milli Meşə Təsərrüfatı Agentliyinin - “Şam ağacını kəsməyin” kampaniyasına tanınmış şəxslər də qoşularaq bir daha əhalini bayramlarda süni yolkadan istifadə etməyə çağırıblar.
Qanunsuz olaraq iynəyarpaqlı ağacların yığılması, daşınması və satışına görə ilk dəfə 2000 lari, təkrarlananda isə 5000 lari olan cərimə tətbiq edilir, buna da ətraf mühitə dəymiş ziyanın məbləği əlavə edilir. Zərərin məbləği 1000 laridən çox olarsa, şəxs cinayət məsuliyyətinə cəlb olunacaq.


