17 
Dek
2023
17:16
265

Yunanıstanda aralarında Gürcüstan vətəndaşının olduğu 5 nəfərdən ibarət cinayətkar təşkilatın üzvləri yaxalanıb

Saloniki şəhərində 5 nəfərdən ibarət cinayətkar təşkilatın üzvləri yaxalanıb.
 

InterPress.ge xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazır.

Mətbuat xidmətinin məlumatına görə, cinayətkar dəstə arasında Gürcüstan və Ermənistan vətəndaşları da var.

Məlumata görə,qrup üzvləri mənzil sahiblərini izləyib və onlar evlərini tərk etdikdən sonra mənzillərinə soxularaq qarət ediblər. Kütləvi informasiya vasitələrinin məlumatına görə, onlar xüsusi icarəyə götürdükləri yerdə müxtəlif qıfılların açarlarının surətlərini yaradıblar, daim maşın dəyişdirərək müxtəlif yerlərdə cinayətlər törədiblər.

 Polis xidmətinin araşdırmasına görə cinayətkar qrupun üzvlərinin 2 il ərzində ümumilikdə 170 min avro oğurladığı barədə məlumatlar var. 

Saxlanılanlar cinayət təşkilatı yaratmaq, soyğunçuluq, çirkli pulların yuyulması və qanunsuz silah saxlama kimi bir neçə maddə ilə ittiham olunublar. Saxlanılanlardan biri 45 yaşlı şəxs 6 yaşlı qızı qaçırmaqda ittiham olunur.

Bizimlə əlaqə saxlayın