Tbilisidə "Azərbaycan əl ilə toxunmuş xalçalar – ənənənin qorunması” layihəsinin yekun sərgisi təşkil olunub
Dekabrın 16-da Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan mədəniyyəti muzeyində “Azərbaycan əl ilə toxunmuş xalçalar – ənənənin qorunması” layihəsinin yekun sərgisi təşkil olunub.
InterPress.ge xəbər verir ki, layihə Gürcüstanın Mədəniyyət Gənclər və İdçan Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Bir aylıq layihədə 40 -dan çox muzeyə gələn ziyarətçi master klasda Azərbaycan əl ilə toxunmuş xalçaların toxunmasənda iştirak edib. Layihə rəhbəri Leyla Əliyevanın sözlərinə görə, layihənin yekunu olan sərgidə nümayış olunan əl ilə toxunan xalçalarda aktiv iştirak edən gənclər sertifikatlarla təltif olunublar.
Muzey tərəfindən həmçinin Avropa İttifaqının bayrağı toxunur və hədiyyə olaraq Mədəniyyət Nazirliyinə təqdim olunacaq


