16 
Dek
2023
10:42
379

Almaniya Gürcüstanı təhlükəsiz ölkə kimi tanıdı

Almaniya Qanunvericilik Assambleyasının yuxarı palatası Gürcüstan və Moldovanı təhlükəsiz ölkələr kimi tanıyıb.

InterPress.ge xəbər verir ki, bu barədə “Exo Kavkaza” məlumat yayıb.

Təhlükəsiz ölkələr vətəndaşların qanuni təqib qorxusunun olmadığı və hüquqlarının qorunduğu dövlətlər sayılır. Bu qərardan sonra Almaniyada sığınacaq axtaranların məsələləri daha tez həll olunacaq və sığınacaq verilməyənlər deportasiya ediləcək.

Bir neçə gün əvvəl bu qanun layihəsi Almaniya Qanunvericilik Assambleyasının aşağı palatası tərəfindən də dəstəklənib. Sonra Almaniyanın daxili işlər naziri Nensi Feser bildirib ki, Gürcüstan və Moldova Avropa İttifaqına daxil olmaq istəyirlər və bu ölkələrin vətəndaşları siyasi motivlərlə təqib olunmur.

Albaniya, Bosniya, Qana, Kosovo, Şimali Makedoniya, Seneqal, Serbiya və Monteneqro da Almaniyada təhlükəsiz ölkələr kimi tanınıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər