15 
Dek
2023
16:16
801

Qərar verildi - Bu tarixədək verilən şəxsiyyət vəsiqələri ləğv ediləcək

Parlament üçüncü oxunuşda dəyişiklikləri təsdiqləyib, ona əsasən 2024-cü il iyulun 1-dən etibarən 2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron şəxsiyyət vəsiqələri ləğv ediləcək.

InterPress.ge xəbər verir ki, dəyişikliyə əsasən, qeyd olunan sənədin sahiblərinə verilən yeni şəxsiyyət vəsiqələrinə müvafiq şəxsin identifikasiya məlumatları əlavə olunacaq.

"Layihənin məqsədi Gürcüstan vətəndaşlarına yuxarıda qeyd olunan qeyri-elektron şəxsiyyət vəsiqələrini Gürcüstan vətəndaşlarının elektron şəxsiyyət vəsiqələri ilə əvəz etmək üçün əlavə motivasiya verməkdir ki, bu da öz növbəsində növbəti seçkilərin düzgün aparılmasına töhfə verəcək”, - qanun layihəsinin izahat qeydində deyilir.

Qeyd edək ki, parlament bundan əvvəl də layihə təsdiqləyib, ona əsasən laminatlı şəxsiyyət vəsiqəsi olan seçici seçkilərdə səsvermə hüququna malik olacaq.

Bizimlə əlaqə saxlayın