15 
Dek
2023
14:36
574

Qış mövsümündə avtomobillərin qış təkərləri ilə təchiz edilməsi məcburi oldu

Parlament avtomobillərin qış təkərləri ilə təchiz edilməsi öhdəliyi ilə bağlı Daxili İşlər Nazirliyinin təşəbbüsünü təsdiqləyib.

InterPress.ge xəbər verir ki, layihəyə əsasən, dekabrın 1-dən martın 1-dək hökumətin müəyyən etdiyi zonalarda və yol hissələrində hərəkətdə olan zaman avtomobilin qış təkərləri ilə təchiz edilməsi məcburi olacaq.

Bundan əlavə, xüsusi hallarda, meteoroloji şərait nəzərə alınmaqla, yuxarıda qeyd olunan müddətdən fərqli müddət müəyyən edilə bilər və ya avtomobilin qış təkərləri ilə birlikdə sürüşməyə qarşı zəncirlərlə təchiz edilməsi üçün əlavə tələb qoyula bilər.

Qeyd olunan tələblərin pozulmasına görə şəxs inzibati məsuliyyətə cəlb olunacaq - sanksiya kimi 100 lari məbləğində cərimə ediləcək və sürücülük vəsiqəsinin 5 balı azaldılacaq.

Qış təkərlərinin texniki xüsusiyyətləri hökumətin qərarı ilə müəyyən edilir.

Bizimlə əlaqə saxlayın