DİQQƏT! Bu cərimələrin məbləği artırılır
Paytaxt hüdudlarında iriqabaritli nəqliyyat vasitələrinin bələdiyyə tərəfindən müəyyən edilmiş yer və ya vaxtı pozmasına görə inzibati məsuliyyət sərtləşdirilir və mövcud cərimələr artırılır.
InterPress.ge xəbər verir ki, Parlament “Gürcü Arzusu” deputatlarının hazırladığı qanun layihəsini təsdiqləyib.
Layihəyə əsasən, Tbilisidə ümumi istifadədə olan avtomobil yollarında M3, N2 və N3 kateqoriyalı nəqliyyat vasitələrinin bələdiyyənin müəyyən etdiyi yer və ya vaxtı pozması ilk növbədə 1000 lari məbləğində, təkrarına görə və hər dəfə növbəti halda 3000 lari məbləğində cərimə ilə nəticələnəcək.
Oxşar hallarda iri həcmli avtonəqliyyat vasitəsindən istifadə etməklə iqtisadi fəaliyyət həyata keçirən şəxsə də eyni məbləğdə cərimə tətbiq ediləcək.
Hələ də qüvvədə olan normaya görə, qeyd olunan pozuntulara görə cərimənin məbləği 100-100 lari məbləğində müəyyən edilib.
Bundan əlavə, layihəyə əsasən, sözügedən məhdudiyyət aşağıdakılara şamil edilməyəcək: - dövlət qurumları üçün hərəkət edən nəqliyyat vasitələrinə; mavi və qırmızı yanıb-sönən xüsusi sayrışan siqnaldan istifadə etmək hüququ olan nəqliyyat vasitələrinə; bələdiyyənin inzibati hüdudları daxilində müntəzəm sərnişindaşıma həyata keçirən M3 kateqoriyalı avtonəqliyyat vasitələrinə; Həmçinin məktəbəqədər təhsil, ümumi təhsil, ali təhsil və peşə təhsili müəssisələrinin işçilərini, şagirdlərini, tələbələrini və ya himayədarlarını daşıyan M3 kateqoriyalı nəqliyyat vasitələrinə; Həmçinin Tbilisi Şəhər Şurası tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq struktur bölmə və ya bələdiyyə tərəfindən yaradılmış hüquqi şəxs tərəfindən icazə verilən nəqliyyat vasitələrinə.


