Parlament üçüncü oxunuşda seçkilərdə qeyri-elektron şəxsiyyət vəsiqəsi ilə səsvermə hüququnu nəzərdə tutan qanun layihəsini təsdiqləyib
Parlament üçüncü oxunuşda seçkilərdə laminatlı şəxsiyyət vəsiqəsi ilə səsvermə hüququnun qorunduğu layihəni təsdiqləyib.
InterPress.ge xəbər verir ki, deputat Fridon İnjianın təqdim etdiyi təşəbbüs parlamentdə 79 səslə qəbul edilib.
Qanun layihəsinə əsasən, şəxsiyyət vəsiqəsi və ya Gürcüstan vətəndaşlığı pasportu ilə yanaşı, qeyri-elektron şəxsiyyət vəsiqəsindən istifadə etməklə də seçkilərdə səs vermək və digər müvafiq prosedurları həyata keçirmək mümkün olacaq.
Qeyd edək ki, “Gürcü arzusu” deputatlarının 2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron şəxsiyyət vəsiqələrinim ləğvi ilə bağlı qanunvericilik layihəsi baxılma mərhələsindədir.
“Layihənin məqsədi Gürcüstan vətəndaşlarına yuxarıda qeyd olunan qeyri-elektron şəxsiyyət vəsiqələrini ID şəxsiyyət vəsiqələri ilə əvəz etmək üçün əlavə motivasiya verməkdir ki, bu da öz növbəsində sonrakı seçkilərin düzgün aparılmasına töhfə verəcək”, - qanun layihəsinin izahat kartında oxuyuruq.


