İsveç Ukraynaya humanitar yardım üçün əlavə 133 milyon dollar ayıracaq
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir Ulf Kristerson və beynəlxalq əməkdaşlıq və xarici ticarət naziri Yohan Forsel birgə mətbuat konfransında bildiriblər.
"Bu, hərtərəfli qış paketidir" - deyə baş nazir bildirib.
Məlumata görə, bu məbləğ enerji təchizatı sistemlərinin, istilik, qida, mənzil və səhiyyənin dəstəklənməsi üçün istifadə olunacaq.
