11 
Dek
2023
15:03
386

Ölkə əhalisinin əksəriyyəti rahat yaşamaq üçün ayda 3000 laridən çox pul lazım olduğunu deyirlər

Respondentlərin 41%-i deyir ki, 3000 lari üzəri pul rahat yaşamaq üçün kifayətdir.

InterPress.ge xəbər verir ki, bu barədə NDI-nin bu gün dərc olunmuş araşdırmasında deyilir.

NDI-nin sorğusuna əsasən, Tbilisi sakinləri ən çox 4000 laridən çox pula ehtiyac duyduqlarını deyirlər, əksər kənd və etnik azlıqların yaşadığı qəsəbələrin sakinləri isə rahat yaşamaq üçün ayda 2000 lariyə ehtiyac olduğunu deyirlər.

Respondentlərin 7%-i rahat həyat üçün 1000 lariyə qədər pulu kifayət hesab edir; 1001-2000 lariyə qədər - 22%; 2001-3000 lari - 22%; 3001-4000 lari - 9%; 4001 lari və üzəri - 32%;

6% suala cavab verməyib, 1% isə cavab verməkdən imtina edib.

NDİ-nin məlumatına görə, bu hesabat oktyabrın 14-dən noyabrın 4-dək bütün ölkə üzrə Gürcüstanın yetkin əhalisi arasında aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır.

Bizimlə əlaqə saxlayın