11 
Dek
2023
14:47
396

Gürcüstan əhalisi Baş nazirin fəaliyyətindən razıdırmı?

Gürcüstan əhalisinin əksəriyyəti baş nazirin fəaliyyətini orta və ya yaxşı qiymətləndirir.

InterPress.ge xəbər verir ki, bu barədə “Milli-Demokratiya İnstitutu”nun 2023-cü ilin oktyabr-noyabr aylarında ictimai əhval-ruhiyyə ilə bağlı apardığı araşdırmada deyilir.

Baş nazirin fəaliyyətini necə qiymətləndirirsiniz sualına: 29% müsbət, 37% orta, 26% isə pis cavabı verib. Qeyd edək ki, mart ayı ilə müqayisədə sorğu göstəriciləri minimal dəyişib.

NDI-nin qiymətləndirməsinə görə, Tbilisi sakinləri, gənclər və müxalifət tərəfdarları baş naziri bir az daha tənqidi qiymətləndirirlər. Baş nazirin fəaliyyəti ən çox kənddə müsbət qiymətləndirilir, burada onun işini 36% bəyənir, 36% orta kimi qiymətləndirir, 22% isə bəyənmir. Kəndlərdən sonra baş nazirin işindən ən çox razı olanlar kiçik şəhərlərdə yaşayır ki, burada respondentlərin 34%-i ona müsbət qiymət verib, 38%-i onun işini orta, 24%-i isə pis qiymətləndirib.

Yaş kateqoriyasına gəlincə, baş nazirin işini ən çox yaşı 55-dən yuxarı olan respondentlər bəyənir, onların 37%-i hökumət başçısının işini yaxşı qiymətləndirib.

Qeyd edək ki, müxalifət seçicilərinin az qala yarısı və qərarsız seçicilərin əksəriyyəti Baş nazirin fəaliyyətini orta və ya yaxşı kimi qiymətləndirir.

Məlumat üçün bildirək ki, tədqiqatın məqsədi əhalinin ehtiyaclarına daha çox uyğunlaşdırılmış siyasət və idarəetmənin formalaşdırılmasına kömək etməkdir.

Bizimlə əlaqə saxlayın