11 
Dek
2023
14:02
297

NDI - Hər on vətəndaşdan birinin yemək üçün pulu yoxdur

Hər on vətəndaşdan birinin yeməyə pulu yoxdur, dörd nəfərdən birinin isə ancaq yemək almağa imkanı var.

InterPress.ge xəbər verir ki, bu barədə “Milli Demokratiya İnstitutu”nun (NDI) 2023-cü ilin oktyabr-noyabr aylarında keçirdiyi ictimai sorğuda deyilir.

Bundan əlavə, etnik azlıqların yaşadığı qəsəbələrdə hər dörd vətəndaşdan birinin ərzaq almağa pulunun olmadığı bildirilib. Digərləri ilə müqayisədə Tbilisililər yemək, paltar və daha bahalı əşyalar ala bilirlər.

Sadalanan maddələrdən hansının 2023-cü ilin oktyabr ayına olan ailənizin iqtisadi vəziyyətini ən yaxşı şəkildə təsvir etdiyini soruşduqda, cavab aşağıdakı kimidir.

12% - yeməyə pulumuz yoxdur;

28% - yalnız yemək üçün pulumuz var, paltar üçün yox;

45% - Yemək və paltar üçün pulumuz var, amma bahalı ev əşyalarını ala bilmirik

10% - soyuducu və ya paltaryuyan maşın kimi bahalı ev əşyaları almaq imkanımız var;

 3% - ehtiyacımız olan hər şeyi almaq imkanımız var;

1% - bilmirəm.

1% - cavab verməkdən imtina edib.

Sözügedən hesabat oktyabrın 14-dən noyabrın 4-dək Gürcüstanın yetkin əhalisi arasında ölkə boyu aparılan üzbəüz sorğunun nəticələrinə əsaslanır.

Bizimlə əlaqə saxlayın