11 
Dek
2023
11:03
262

Son 9 ay ərzində ölkədə baş verən cinsi xarakterli hərəkətlərlə bağlı statistika açıqlandı

Cari ilin 9 ayında Gürcüstanda cinsi xarakterli cinayətlərlə bağlı 412 fakt qeydə alınıb, onlardan 272-nin üstü açılıb.

InterPress.ge xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin statistik məlumatında əksini tapıb.

O cümlədən, qurumun məlumatına görə, 2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək olan müddətdə zorlama ilə bağlı 154, digər cinsi xarakterli hərəkətlərlə bağlı 54, şəxsin bədəninə cinsi yolla müdaxilə etmək və ya başqa cinsi hərəkətlərə məcbur etmə ilə bağlı 22, on altı yaşına çatmamış şəxsin orqanizminə cinsi yolla müdaxilə etməklə bağlı 86, əxlaqsız hərəkətlərlə bağlı isə 96 fakt qeydə alınıb.

Statistik məlumatlara görə, ötən ilin eyni dövründə 396 cinsi xarakterli cinayət faktı qeydə alınıb və bununla da sözügedən cinayət 4,04 faiz artıb.

Bizimlə əlaqə saxlayın