10 
Dek
2023
19:19
267

Qudauri- Kobi yolunda qoşqu və yarımqoşquların hərəkəti bərpa edilib

Qudauri (Post) Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti bərpa edilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Yollar Departamenti yayıb.

Məlumata görə, Beynəlxalq  əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində qoşqu və yarımqoşqularla avtomobillərin hərəkəti bərpa edilib.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti dayanmadan, yalnız uçqun tunelləri vasitəsilə, 
tunellərdə tutumu 30-dan çox olan qoşqu, yarımqoşqu və avtobusların hərəkəti isə birtərəfli həyata keçiriləcək.
Qeyd olunan rejimdə yolların hərəkəti patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə davam edəcək.

Bizimlə əlaqə saxlayın