DTX: “ İşğalçı rejimin nümayəndələri Gürcüstan vətəndaşının ölüm faktını təsdiqləyib”
Gürcüstanın Təhlükəsizlik Xidməti işğalçı rejimin nümayəndələrinin Gürcüstan vətəndaşının ölümü faktını təsdiqlədiyini bildirib.
InterPress.ge xəbər verir ki, Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, işğal rejimi Temur Karbaianı qanunsuz həbs etmək cəhdini təsdiqləməyib.
“Sözügedən hadisə ilə əlaqədar Avropa İttifaqının monitorinq missiyasının cəlb olunması ilə fəaliyyət göstərən “qaynar xətt” işə salınıb.
“Qaynar xətt”in paylaşdığı məlumata görə, işğalçı rejim nümayəndələri Gürcüstan vətəndaşının ölməsi faktını təsdiqləyiblər. Lakin adıçəkilən şəxsi qanunsuz həbs etmək cəhdini təsdiqləməyiblər.
İşğal olunmuş ərazinin dərinliklərində, yəni işğal altında olan Qali şəhərində proseslər inkişaf etdiyinə görə əlavə məlumatların tapılması prosesi davam edir”, - deyə DTX-dən bildiriblər.
Xatırladırıq ki, işğal altında olan Qali bölgəsində Gürcüstan vətəndaşı Temur Karbaya qondarma işğalçı rejim tərəfindən öldürülüb. Milis əməkdaşları onu şifahi təhqir edib və döyüblər. Temur Karbaia xəstəxanaya aparıldıqdan dərhal sonra dünyasını dəyişib.


