Ölkə ərazisində dekabrın 12-dək olan hava şəraiti açıqlandı
Dekabrın 8-9-da Qərbi Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti davam edəcək. Kolxeti düzənliyi, Yuxarı İmereti və Qara dənizin sahilyanı ərazilərində güclü şərq küləyi hökm sürür.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, dekabrın 10-da yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, temperaturun aşağı düşəcəyi gözlənilir.
“Dekabrın 12-dək Şərqi Gürcüstanda yağışlı hava olacaq. Dekabrın 10-dək Tbilisidə vaxtaşırı yağış yağacağı, havanın temperaturunun gün ərzində +10, +12 dərəcə isti olacağı gözlənilir.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): 8-9 dekabrda hava isti, əsasən yağmursuz, küləkli olacaq. Havanın temperaturu gündüz +19, +21 dərəcə isti, dekabrın 10-da isə yağış yağacaq, havanın temperaturu enəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): dekabrın 8-9-da hava isti, əsasən yağmursuz keçəcək, şərqdən güclü külək əsəcək. Havanın temperaturu gündüz +19, +21 dərəcə isti, dekabrın 10-da isə yağış yağacaq, havanın temperaturu enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): dekabrın 8-9-da hava əsasən yağmursuz, küləkli olacaq. Dekabrın 10-da yağış yağacaq. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): dekabrın 8-9-da hava əsasən yağmursuz, küləkli olacaq. Dekabrın 10-da bəzi yerlərdə qar yağacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): dekabrın 12-dək yağmurlu hava olacaq. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): dekabrın 12-dək yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz 9-11 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Dusheti, Tianeti, Fasanauri, Dedoplistskaro): dekabrın 12-dək yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 12-dək qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +4, +6 dərəcə təşkil edəcək”- Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin məlumatında deyilir.


